SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 8-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Püstə Cəfərovanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
BAKU.WS