SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda nənəsinin evindən oğurluq edən şəxs saxlanılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Tovuz rayon Qədirli kənd sakinin evindən qızıl-zinət əşyalarının oğurlanıb.

Tovuz RPŞ-nin əməkdaşlarının araşdırmaları zamanı vətəndaşın evindən ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyasının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkənin yeniyetmə nəvəsi, N.Paşayev saxlanılıb.

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib və oğurladığı əşyaları istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS