SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib.

Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.
BAKU.WS
VİDEO

QALEREYA