SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Şadlıq sarayından çıxan 2000-ci il təvəllüdlü Əmiraslanova Mələykə Əhməd qızını maşın vurub. Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirilir.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma davam etdirilir.
BAKU.WS