SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda itkin düşmüş 44 yaşlı qadın evə qayıdıb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 1-də paytaxtın Yasamal rayonunun A.Abbasov küçəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü K.Babayeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində K.Babayevanın yaşadığı ünvana qayıtması təmin edilib.

Faktla bağlı araşdırma aparılır. 
BAKU.WS