VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

BAKU.WS xəbər verir ki, Biləcəri istiqamətində işıqforda yaranmış texniki nasazlıq nəticəsində sürət qatarının işi iflic olub.

Sumqayıtdan şəhər istiqamətinə hərəkət edən qatar əks istiqamətdə hərəkət etməyə məcbur olub. Qatarlar Biləcəri stansiyasından Bakı Sərnişin Stansiyasına gələnə qədər bir neçə dəfə yolda dayanıb. Həmçinin qatarın sürəti çox aşağı olub.

Beləlikdə də, qatarlar yarım saatdan çox gecikib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO

QALEREYA