SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu rayonunda baş verən yol qzəasınınn təfərrüatları bəlli olub. 

BAKU.WS xəbər verir ki, Kürdəxanı yolunda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

Belə ki, 1957-ci il təvəllüdlü Abbasov Hidayət Məhəmmədəli oğlunun idarə etdiyi minik avtomobili qarşıdan gələn minik maşını ilə toqquşub. Qəza nəticəsində H.Abbasov xəsarət alıb. 

Digər avtomobildə olan 3 nəfərdən 2-si də xəsarət alıb. 1966-cı il təvəllüdlü Babayeva Rəfiqə Hüseyn qızı və onun gəlini 1990-cı il təvəllüdlü Səfərova Sevinc Zahid qızı yaralanıb. 

Hər 3 yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb. H.Abbasova döş qəfəsinin əziyi, körpücük sümüyünün sınığı, R.Babayevaya sol qolun və ayağın əzilməsi, S.Səfərovaya isə qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

22:00

Abşeron rayonunda yol nəqliyyat hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə Məhəmmədi kəndi ərazisində baş verib.

Nəticədə 4 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata əsasən, hadisə zamanı ikisi qadın, biri kişi, biri isə uşaq olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. 
BAKU.WS