SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətti”nə verdikləri məlumata görə, Həzi Aslanov metrostansiyasının yanında avtoyumada yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, yanğın lokallaşdırılıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO