SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün vəfat edən bəstəkar və rok ifaçısı, Aərbaycanın ilk rok qrupu olan “Yuxu” və “Sirr” qruplarının yaradıcısı İbrahim Emin Sumqayıtda dəfn olunub.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, onun cənazəsi 8-ci mikrorayon, 12/34 ünvanında yaşadığı mənzilindən götürülüb. 

Mərhum Corat qəbiristanlığında valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.Emin iyulun 2-də axşam saatlarında 56 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, o, 1986-cı ildə “Yuxu” qrupunu, 2004-cü ildə “Sirr” qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı, qrupda bas gitara da ifa edib. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.
BAKU.WS
QALEREYA