VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində mənzillərin birində qazın partlaması nəticəsində qadın ağır yanıq xəsarətləri alıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün Cavad Xan qəsəbəsində təxminən saat 09:30-da qeydə alınıb.

1961-ci il təvəllüdlü Gəncə şəhər sakini Flora Həşimova evdə təndiri yandırarkən, güclü partlayış baş verib. Qadın müxtəlif yanıq xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Yaralının vəziyyətinin ağır olduğu, onun 3-cü dərəcəli yanıq xəsarətləri aldığı bildirilir.

Yaralının Bakıdakı xəstəxanalardan birinə aparılması nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS