Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.


APA xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.


Belə ki, yolda tıxac yarandığından "Hyundai SantaFe" markalı avtomobilin sürücüsü Rafiq Rzayev əyləcdən istifadə etməli olub. Bu vaxt arxadan gələn "Hyundai Grandeur" markalı digər avtomobilin sürücüsü Ziya Axundov ara məsafəsini qoruya bilmədiyindən nəqliyyat vasitəsini İntiqam Orucovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpıb, o da öz növbəsində qarşısındakı "Hyundai SantaFe"yə dəyib.


Hadisə nəticəsində xəsarət alan olmayıb, ancaq avtomobillərə ziyan dəyib.

BAKU.WS


VİDEO