SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gecə Bakının Binəqədi rayonunda güclü və təhlükəli yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Əhməd Rəcəbli küçəsində, "Elit" ticarət mərkəzinin yaxınlığında, iki hündürmərtəbəli yaşayış binasının qarşısında güclü yanğın olub.

Yanğın iki hündürmərtəbəli binanın qarşısında başladığı üçün alovun binaya keçmə təhlükəsi olub. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Çətinliklə də olsa, boş sahədə başlayan yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO