Ötən gün dünyasını dəyişən MMA üzrə dünya və avropa çempionu Fərhad Poladovun ölümündən əvvəl son müsahibəsi idmançının ölümündən sosial şəbəkələrdə yayılıb.

BAKU.WS xəbər verir ki, idmançının sonuncu müsahibəsi bu ilin fevral ayında alınıb. Müsahibədə idmançı özü və karyerası barədə maraqlı məlumatlar verib.

Qeyd edək ki, iyulun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb.

İdmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı ötən gün dünyasını dəyişib.

Xatırladaq ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb.

F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib. BAKU.WS
VİDEO