SİZİN REKLAM BURADA!
055 213 76 73


Güclü külək qərb bölgəsində fəsadlara yol açıb. 

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün Şəmkir və Qazax rayonlarında müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub.

Şəmkir rayonunda küləyin şiddəti iri gövdəli ağacları kökündən qoparıb, bəzi ağaclar avtomobillərin, eləcədə işıq dirəklərinin üzərinə düşüb. Elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Bənzər hava şəraiti Qazax rayonunda da müşahidə edilib. Belə ki, burada da ağaclar və işıq dirəkləri aşıb.

Yaranmış vəziyyəti aradan qaldırmaq üçün aidiyyətli orqanlar tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Hazırda hər iki rayonda elektrik enerjisinin verilişi bərpa olunub. Rayona dəyən ziyan hesablanır.

İlham Məmmədov
BAKU.WS
QALEREYA