SİZİN REKLAM BURADA!
055 213 76 73


Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib. 

BAKU.WS-in məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovad Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, 15 yaşlı Namiq Bəkirova başın, üst dodağın, boyunun və başın arxa səthinin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Xaçmaz kəndində canavarın insanlara hücum etməsi faktı ilə bağlı həvəskar ovçulardan ibarət İşçi Qrup yaradılıb.

Onun sözlərinə görə, hazırda sözügedən ərazidə İşçi Qrup tərəfindən vəhşi heyvanın tapılaraq zərərsizləşdirilməsi məqsədilə tədbirlər görülür.
BAKU.WS