SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol  qəzası qeydə alınıb. 

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Yenizod kəndində qeydə alınıb. “NİVA” markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər xəsarət alıb.

Yaralılardan biri polis əməkdaşıdır. İlkin məlumata görə, həmin şəxslər istirahətdən Gəncəyə qayıdırlarmış.

Yaralılar ilk olaraq Göygöl Mərkəzi rayon Xəstəxanasına ordan isə Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı atraşdırma aparılır, qəzanın səbəbləri araşdırılır
BAKU.WS
VİDEO

QALEREYA