Biləsuvar ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

BAKU.WS xəbər verir ki, hadisə rayon mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb.

“Lada Priora” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində rayonun İsmətli kənd sakinləri Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində həlak olublar. Qəza nəticəsində xəsarət alanlar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS