VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Yasamal rayonunda itkin düşmüş azyaşlı qız tapılıb.

9 yaşlı İnci Əhmədova 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Musabəyov parkında aşkar olunub.

Bildirilir ki, azyaşlı evdəkilərdən xəbərsiz gəzmək üçün parka gedibmiş. Hazırda onun vəziyyəti normaldır.


***

Yasamal rayonu Xaqan Dadaşov küçəsi ev 124 ünvanında yaşayan, 9 yaşlı Əhmədova İnci Bəhmən qızı yaşadığı evin həyətindən yoxa çıxıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat verilib.

İ.Əhmədova itkin düşərdə onun əynində çəhrayı rəngdə şortik və qırmızı rəngdə köynək olub. 

Onu görənlərdən Daxili İşlər Nazirliyinin "102" xidmətinə və ya (055) 859-12-82 nömrəsinə məlumat vermələri xahiş olunur. (APA)
BAKU.WS
QALEREYA