SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

BAKU.WS xəbər verir ki, müğənni “İnstagram” hesabında foto paylaşaraq həkimlərdən şikayətlənib:

"Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin.
 
Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi.

Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə onu işdən uzaqlaşdırırdılar.

Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir", - deyə Brilliant Dadaşova qeyd edib.
 
Qeyd edək ki, xalq artisti paylaşımında Prezidentin sosial şəbəkə hesabını da işarəyib.
BAKU.WS
QALEREYA