SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda avtovağzalın yaxınlığında oteldə yanğın baş verməsilə bağlı yayılan xəbərlə bağlı Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə açıqlama verilib.

Bildirilir ki, yanğınla bağlı “qaynar xətt”ə məlumat daxil olmayıb. 

Şəhərə yayılan qara tüstünün səbəbi isə Sumqayıtda Səməd Vurğun küçəsində yerləşən zavoddur.

Məlum olub ki, havaya buraxılan tüstünün mənbəyi "Azərkimya" İstehsalat Birliyinin Etilen-Polietilen zavodudur.

Məsələ ilə bağlı "Azərkimya" İstehsalat Birliyinin Mətbuat katibi APA-nın yerli bürosuna açıqlama verib. 

Rafiq Oday bildirib ki, zavodda 2020-ci ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılan modernizasiya işləri gedir:

“Bu texnoloji proseslər yekunlaşana qədər 30-45 gündən bir planlı şəkildə bu hal baş verəcək. Yeni qurğular tikildiyi, yeni avadanlıqlar quraşdırıldığı üçün texnoloji prosesin tərkib hissəsi olaraq belə tüstülər havaya buraxılacaq, əks halda zavodda partlayışlar ola bilər.

Bu, tərkibi təmizlənmiş tüstüdür və havaya buraxılan zaman heç bir zərərli maddə yaranmır. Təmir, quraşdırma işləri tam başa çatdıqdan sonra heç bir tüstüləmə olmayacaq”.
BAKU.WS
VİDEO