SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın elektrik naqillərində yüklənmə səbəbindən baş verib.

Yanğın 14-cü mərtəbədən 17-ci mərtəbəyə qədər davam edib.

Hadisə yerinə Səbail, Nərimanov və Nəsimi rayonlarının çox sayda yanğınsöndürənləri cəlb edilib. Qısa zaman ərzində yanğın söndürülüb.

Xilasedicilər binadan 20 sakini təxliyyə ediblər.

Fərid ƏDALƏT

***16:48

Bakının mərkəzində yerləşən “Piramida Plaza”da yanğın baş verib. 

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində binada yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.












BAKU.WS
VİDEO