VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı jurnalist Fuad Abbasov Bakıya gətirilib.

Bu gün axşam saatlarında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, onu hava limanında yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.

O, jurnalistlərə açıqlamasında mübarizəsindən vaz keçməyəcəyini, məhkəməyə müraciət edərək haqqını tələb edəcəyini bildirib.

"Hər kəsə təşəkkür edirəm. Mən bura bu qədər insanın gəlməsini istəmirdim. Ona görə də heç kimə heç bir xəbər verilməmişdi. Özüm üçün də gözlənilməz oldu çıxmağım (deportasiya olunması – red.). Tam 40 gün boyunca qapalı məkanda qalmışam. Ona görə də bir az dincəlmək istəyirəm. Dünən axşam dindirilmişdim və bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, artıq Rusiyanı tərk edirəm", - deyə Fuad Abbasov bildirib.
BAKU.WS
QALEREYA