VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda polis Kür çayı üzərindəki körpüdən özünü suya atan qadını xilas edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Kürkənd kəndi ərazisində qeydə alınıb.

Həmin vaxt Salyan Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin əməkdaşı, polis serjantı, 24 yaşlı Rafael Quliyev qadını xilas etmək üçün çaya baş vurub.

İntihara cəhd edən qadın Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Məlum olub ki, qadın rayonun Yenikənd kənd sakini 39 yaşlı Fəridə Tağıyevadır. Yaxınlarının dediyinə görə, dörd uşaq anası olan F.Tağıyeva ailə qurduğu gündən əri tərəfindən döyülürmüş. Qadın ərinin həqarətlərinə dözə bilmədiyi üçün belə bir addım atıb.

Doğmaları F.Tağıyevanın həyatını xilas etdiyi üçün polis əməkdaşlarına minnətdarlıq ediblər.
BAKU.WS
VİDEO