SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda minik maşını qəzaya uğrayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər.

Verilən məlumata görə, qəza aeroport yolunda baş verib.

Bildirilir ki, sürətlə hərəkət edən minik maşınının sürücüsü idarəetməni itirib və avtomobil yol kənarında maneəyə çırpılıb.

Yol nəqliyyat hadisəsi nəticəsində sürücü yüngül xəsarətlərlə qurtulsa da, maşın yararsız hala düşüb.

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
VİDEO