SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev bağışlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə əməkdar artist “Facebook” səhifəsində yazıb.

“Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!”, - deyə Sənubər İsgəndərli bildirib.
BAKU.WS
QALEREYA