SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün dünyasını dəyişən MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladovun sevgilisi Ülkər Abbaslının sosial media paylaşımları hər kəsi üzüb.

BAKU.WS “xəbər verir ki, Ülkər sevgilisi ilə son yazışmalarını paylaşaraq hər kəsin ürəyini parçalayıb.


"Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm. Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi.

Sənsiz inan ki, boğuluram. Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram.

Mən sənsiz nə edəcəyəm?

Bir qız üçün sevdiyinin gözü qabağında dünyasını dəyişməsi faciəvi şəkildə ölüm deməkdir. Düşmənimə də azrulamıram bunu. Dünən başın dizimdəydi, bu gün torpaqda.

Hər gün gələcəyəm yanına, səni tək qoymaram mən. İnşəAllah yanına tez gələcəm. Nur içində yat, Sevgilim".

Qeyd edək ki, iyunun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb.

İdmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı ötən gün dünyasını dəyişib.

Xatırladaq ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb.

F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.
BAKU.WS
VİDEO

QALEREYA