SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunda “VAZ 2106” markalı avtomobil yanıb.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Mülkülü kəndində qeydə alınlb. Kənd sakini Əsgərov Zöhrab Mehdi oğlunun idarə etdiyi avtomobil alışıb. Sürücü dərhal avtomobildən enə bilsə də, maşın tamami ilə yararsız vəziyyətə düşüb.

İlkin məlumatıara görə, yanğın avtomobilin elektrik naqillərində qeydə alınan qısa qapanmadan baş verib. Bundan əlavə alov yol kənarındakı taxıl sahələrinə də sıçrayıb və 1 ha yaxın taxıl sahəsi də yanaraq kül olub.

Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə İdarəsinin 3 briqadası cəlb olunub avtomobil və taxıl sahəsi söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
QALEREYA