SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyi Bakının Nərimanov rayonunda baş vermiş dəhşətli qətl ilə bağlı məlumat yayıb.


BAKU.WS
-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün Bakı şəhər sakinləri Janna Məhərrəmovanın və oğlu Aleksandr Məhərrəmovun küt alətlə qətlə yetirilmiş meyitləri Nərimanov rayonunun Hacı Məmmədov küçəsindəki mənzillərində tapılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

 

Aleksandr Gennadiyeviç Məhərrəmov Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra sahibkarlıqla məşğul olub. "Biznes Dialoq" klubuna rəhbərlik edən Aleksandr Məhərrəmov ölkənin tanınmış biznes təlimçilərindən və marketoloqlarından biri olub.

Ziya Babayev
BAKU.WS