SİZİN REKLAM BURADA!
055 213 76 73


“Megafun” əyləncə mərkəzində baş verən partlayışın görüntülərini BAKU.WS-in “qaynar xətti”nə göndəriblər.

Hadisə baş verən anları təqdim edirik.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfərə (3-ü uşaq olmaqla) xəsarət alıb.

Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Yanğın hadisəsi baş verməyib.
BAKU.WS
VİDEO