Sumqayıt şəhərində yerləşən tanınmış ticarət mərkəzində yanğın baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, axşam saatlarında şəhərin Sülh prospektində yerləşən ümumi sahəsi 2400 kvadratmetr olan 3 mərtəbəli "Maxx” ticarət mərkəzinin anbarında yanğın başlayıb.

Yanğın anbarın 100 kvadratmetrini əhatə edib və 60 kvadratmetr ərazidə geyim əşyaları yanıb. Bununla yanaşı, ticarət mərkəzinin elektrik naqilləri və şəbəkəsi də yanaraq sıradan çıxıb. Əraziyə dərhal 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Xəsarət  alan olmayıb. BAKU.WS
VİDEO