Bakının Nizami rayonunda Oktay Vəliyev 70 ünvanında Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı yanğından mühafizə hissəsinin yataqxanasında yanğın baş verib.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, 3 mərtəbəli binanın birinci mərtəbəsində Fövqəladə Hallar Nazirliyinin təqaüddə olan və hazırda işləyən əməkdaşları, digər mərtəbələrində isə adi sakinlər yaşayır.

Yataqxananın 3-cü mərtəbəsində baş vermiş yanğın qısa qapanmadan yaranıb. Bir ev tamamilə yanıb.

Hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur.
BAKU.WS


VİDEO

VİDEO