SİZİN REKLAM BURADA!
055 213 76 73


"X-lady" ticarət mərkəzində baş verən yanğının səbəbləri aydınlaşmağa başlayıb.

BAKU.WS xəbər verir ki, Musavat.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın "X-lady" ticarət mərkəzinin yanındakı "İzabel" ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən ofisdən başalayıb.

Hadisəyə səbəb həmin ofisdəki printerlərdən birinin partlaması olub. Ətrafa yayılan alov qısa zamanda "X-lady" ticarət mərkəzinə də keçib.

Yanğın söndürülsə də, 3-cü mərtəbədəki ayaqqabı anbarına ziyan dəyib. "X-lady" ticarət mərkəzinin isə dam örtüyü yanaraq, yararsız hala düşüb.

Məlumata görə, yuxarı mərtəbələrdəki mallara da ziyan dəyib.
BAKU.WS