Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma baş verib.

FHN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Bakı şəhərinin Xətai rayonunda “Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfərə (3-ü uşaq olmaqla) xəsarət alıb.

Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

Yanğın hadisəsi baş verməyib. BAKU.WS