SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh sularda xilasetmə məntəqəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 1 nəfərin batması barədə məlumat daxil olub.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, dünən Salyanda 13 və 16 yaşlı iki qardaş Kürç çayında boğulub. Onlardan birinin cəsədi bu gün səhər tapılıb.
BAKU.WS