VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən iki qardaş - 16 yaşlı Sadıqov Rəvan Seymur oğlu və 13 yaşlı Ramal Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batıb.

BAKU.WS xəbər verir ki, hadisədən qısa müddət sonra ərazidə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlara start verilib.

Aparılan axtarışlardan sonra bu gün səhər saatlarında Rəvanın cəsədi tapılıb və ailəsinə təhvil verilib.

Hazırda Ramalın axtarışları davam etdirilir.

Fərid ƏDALƏT
BAKU.WS