SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Bakı Dairəvi-1 avtomobil yolunda qeydə alınıb.

Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobil yüksək sürətlə gəldiyindən idarəetməni itirərək qarşıda eyni istiqamətdə hərəkətdə olan 90 HE 852 dövlət nömrə nişanlı "Mitsubishi Pajero"ya çırpılıb.

Nəticədə "Mitsubishi Pajero" yolun kənarındakı dəmir sürahiyə və işıq dirəyinə çırpılaraq aşıb.

Yaralılar olduğu bildirilir, yolda uzun tıxac yaranıb.
BAKU.WS
VİDEO

QALEREYA