VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonunda “KamAZ” sürücüsü yolu bağlayıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə bildiriblər.

Hadisə şahidləri qeyd ediblər ki, “Kamaz” markalı, 43 BA 731 nömrə nişanlı avtomobilin sürücüsü Mehdiabad-Balaxanı yolunu bağlayıb.

Sürücü bildirib ki, yol polisi onu 500 manat cərimə edib. Sürücü də, bunun haqsız olduğunu düşünür və bu səbəbdən də yolu bağlayıb.

Yolun bağlanması nəticəsində ərazidə böyük tıxac yaranıb.
BAKU.WS
VİDEO