SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qaydaları pozaraq avtoxuliqanlıq edən sürücü kameraya düşüb.

BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, 99 AC 980 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü yol polisinin saxla işarəsinə tabe olmayaraq sürəti artırır və qaçır.

Sürücünün  sərxoş olduğu ehtimal olunub. Bundan sonra sürücü təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarını riskə atıb. Hətta Səbail rayon DYP-nin qarşısında geriyə dönərək nəqliyyat axınının əksinə hərəkət edib.

Daha da təhlükəli vəziyyət yarandığnı görən yol polisləri onu təqib etməyi dayandırıblar. Bundan sonra nəqliyyat vasitəsi axtarışa verilib.

Artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti gün sürücünü aşkarlanaraq barəsində inzibati qaydada tənbeh tədbiri görüblər.
BAKU.WS
VİDEO