VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində Abbas Səhət küçəsi 4-cü mikrarayon ərazisində 5 mərtəbəli binada yanğın baş verib.

BAKU.WS bölgə muxbirinin verdiyi məlumata əsasən yanğın yaşayış binasının çardğında qeydə alınıb.

Hazırda hadisə yerinə FHN-nın Gəncə şəhər Kərpəz rayon Yanğından Mühafizə İdarəsinin 4 biriqadası cəlb olunub.

Yanğının qarşısı böyük ölçüdə alınıb.

İlkin ehtimala görə hadisəyə səbəb binanın çardağının üzərindən keçən elektrik naqillərində qeydə alınan qısa qapanmadır.

Hadisə zamanı xəsarət alan yoxdur, əhali binadan evakuasiya edilməyib.
BAKU.WS
VİDEO

QALEREYA