SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət  Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib.

Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Əlavə məlumat veriləcək.
BAKU.WS