SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, ötən gecə Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni Nurəngiz Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Emin Ədalət oğlu Hüseynov törədib.

Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb. Araşdırmalar davam etdirilir.
BAKU.WS