SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün günorta saatlarında Salyanda yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən, sürücü idarəetməni itirib.

Nəticədə maşın yol kənarındakı maneəyə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü qəzadan yüngül xəsarətlə qurtulsa da, avtomobil yararsız vəziyyətə düşüb.

Əraziyə yol polisləri cəlb olunub. Baş verən qəzanın səbəbləri araşdırılır.
BAKU.WS
VİDEO