SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avomobillə saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın alt hissəsindən iki bükümdə ümumi təmiz çəkisi  3 kiloqram 150 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
BAKU.WS