SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun ailəsində faciə baş verib.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, tanınmış hakimin azyaşlı nəvəsi Siyarə bədbəxt hadisə nəticəsində vəfat edib.

Belə ki, azyaşlı qız ailəsi ilə birgə istirahətdə olarkən nəzarətsiz qalması səbəbindən su hovuzunda boğulub.

Qeyd edək ki, Ağamalı Qafarov Bakının tanınmış məhkəmə sədrlərindəndir. O, daha əvvəl Nəsimi Rayon Məhkəməsinə sədrlik edib.
BAKU.WS