SİZİN REKLAM BURADA!
055 213 76 73


Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Şəhrizad Nail oğlu Fərzəliyev sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS