VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dörd gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları axtarılır.

BAKU.WS 
APA-ya istinadən xəbər verir ki, qəzada ölən qadının meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisədən 4 gün keçməsinə baxmayaraq onun yaxınları hələ də tapılmayıb.

Fotodakı qadını tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə məlumat vermələri xahiş olunur.

BAKU.WS