VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Mərhumun yaxınları təqsirləndirilən şəxsə etirazlarını bildiriblər.

Onlar G.Qasımovanın mərhum R.Hüseynovla yaxın münasibətdə olduğunu iddia ediblər.

Məhkəmə baxışı iyunun 25-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrında gecə saatlarında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 ünvanında yaşayan 40 yaşlı Ramiz Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı çoxlu qan itirdiyinə görə hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Günel Qasımova saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
BAKU.WS