BAKU.WS Qaradağ rayonunda “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Məlumata görə, ölən bvə yaralanan şəxslər əsasən, Banqladeş vətəndaşları olub. Onlar Bakı Gəmiqayırma Zavodunun subkontraktor işçiləridir.
Səhiyyə Nazirliyinin məlumatına görə, yaralıların 8-i Kliniki Tibbi Mərkəzə, 4-ü isə Respublika Kliniki Xəstəxanasına çatdırılıb.
BAKU.WS
VİDEO