VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22-23 radələrində ot tayaları yandırılır.

Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər.

Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.
BAKU.WS
QALEREYA