SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, avtoqəza Dilarə Əliyeva və Mehbalı Zeynalabdiyev küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, sürücü Sahil Quliyev idarə etdiyi "Opel" markalı minik maşını ilə D.Əliyeva küçəsində hərəkətdə olarkən "Hyundai" markalı avtomobil qəfildən ara məhəllələrin birindən onun yoluna çıxıb və qəza şəraiti yaradıb. Nəticədə avtomobillər toqquşub. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yol qəzasının təfərrüatları araşdırılır.
BAKU.WS
VİDEO